“Valensiya” futbolçularından qeyri-adi aksiya
21.05.2009 - 15:56
“Valensiya” futbolçularından qeyri-adi aksiya
İspaniyanın “Valensiya” klubunun futbolçuları öz hesablarına 40 min avro pul toplayıblar. Apasport.az saytının məlumatına görə, “yarasalar” bu pulla azarkeşlərin onları dəstəkləməsinə nail olacaqlar.

Ölkə çempionatının sondan əvvəlki turunda “Vilyareal”a qarşı səfər matçına daha çox tərəfdarın gəlməsini istəyən “Valensiya” futbolçuları biletlərin qiymətinin yarısını ödəməyə hazırdırlar. Belə ki, klubun sadiq azarkeşləri 40 avroluq bileti 20 avroya ala bilərlər. Oyunçular 2 min azarkeşin səfərə yollanacağını gözlədiyindən məhz bu sayda fanat üçün 40 min avro xərcləyiblər.

Komandanın kapitanı Karlos Marçena da bu addımı zəruri sayır: “Vilyareal”la qarşılaşma bizim üçün çox vacib olduğundan, azarkeşlərimizi yanımızda hiss etmək, onların dəstəyindən güc almaq istəyirik”.
0