“Bakı”, “İnter” və “Simurq” klubları medallara qovuşdular - VİDEO
21.05.2009 - 16:55
“Bakı”, “İnter” və “Simurq” klubları medallara qovuşdular - VİDEO
Bu gün Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında XVII Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, klub nümayəndələri, futbol veteranları, deputatlar və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mükafatlandırma mərasiminə gecikən gənclər və idman naziri Azad Rəhimov isə yalnız klublara medallar təqdim olunan vaxt özünü tədbirə çatdırıb.

Mərasiminin ilk hissəsində futbol veteranları və PFL prezidenti 10 nominasiya üzrə qaliblərə mükafatlar veriblər.


Mövsümün komandası – “Bakı” (mükafatı Oqtay Abdullayev təqdim edib)
Mövsümün məşqçisi – Roman Pokora (Ağasəlim Mircavadov)
Mövsümün bombardiri – Valter Quqlemon (Elbrus Abbasov)
Mövsümün qapıçısı – Xalidu Sissoko (Çingiz İsmayılov)
Mövsümün müdafiəçisi – Samir Abbasov (Yaşar Babayev)
Mövsümün yarımmüdafiəçisi – Amiran Muciri (Səməd Qurbanov)
Mövsümün hücumçusu – İvan Svetkov (Füzuli Cavadov)
Mövsümün oyunçusu – İvan Svetkov (Vaqif Cavadov)
Mövsümün ən yaxşı qolu – “Neftçi” ilə oyunda “Bakı”nın hücumçusu Fernando Peresin qolu (Qurban Qurbanov)
Premyer Liqanı ən yaxşı işıqlandıran KİV – AzTV (Ramin Musayev)

Sonra səhnəyə mövsümün ən yaxşı hakimləri çıxıb. Abdullayev və Musayev 7 baş hakim və 8 yan xətt hakimini mükafatlandırıb.

Baş hakimlər:
Vüsal Əliyev
Fariz Yusifov
Anar Salmanov
Rövşən Əhmədov
Əfqan Həmzəyev
Elçin Məmmədov
Rasim Məmmədov

Yan xətt hakimləri:
Ramiz Əsədov
Mehman Mahmudov
Vaqif Musayev
İsgəndər Əliyev
Azad Q.Hüseynov
Samir Hacıyev
Orxan Məmmədov
Əliyar Ağayev

Fərdi mükafatlar təqdim olunduqdan sonra tədbirin ikinci, əsas hissəsi başlanıb. Abdullayev, Rəhimov və Musayev çempionatın 3 ən yaxşı komandasını növbə ilə səhnəyə dəvət edərək, medallarını təqdim edib. Ardıcıllıqla “Simurq” bürünc, “İnter” gümüş, “Bakı” isə qızıl mükafatlar alıb.
0