Ronaldinyoya daha bir mənəvi zərbə
22.05.2009 - 09:31
Məşhur futbolçu Ronaldinyo Braziliya milli komandasından kənarda qalıb. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionlarının baş məşqçisi Dunqa “Milan” klubunda oynayan 29 yaşlı yarımmüdafiəçiyə dəvət göndərməyib.
Ötən ilin yayında “Barselona”dan “Milan”a keçən Ronaldinyo hazırda karyerasının heç də yaxşı günlərini yaşamır. İtaliya klubunda əsas heyətə düşə bilməyən braziliyalı oyun təcrübəsi baxımından korluq çəkir. Elə bunu nəzərə alan Dunqa onu yığmaya çağırmamağı məqsədəuyğun sayıb.
Beləliklə, dünya şöhrətli futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay və Paraqvay yığmalarına qarşı keçiriləcək görüşlərlə yanaşı, iyunun 14-də Cənubi Afrika Respublikasında startı veriləcək Konfederasiyalar Kubokunda da iştirak edə bilməyəcək. Dunqa qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib.
Qeyd edək ki, Ronaldinyo dünya çempionu, Çempionlar Liqasının qalibi, dünya və Avropanın ən yaxşı futbolçu olub.

0
0