Türkiyə - Azərbaycan oyununun vaxtı dəqiqləşdi
22.05.2009 - 10:51
Türkiyə - Azərbaycan oyununun vaxtı dəqiqləşdi
Türkiyə və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşünün vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qeyd edək ki, bu yoldaşlıq görüşü yığmamız üçün iyunun 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Uelsə qarşı matça hazırlıq xarakteri daşıyacaq.
0