“Bakı” klubunun rəhbərliyi Qyoko Hacıyevski ilə yeni müqavilə bağlayır
22.05.2009 - 12:04
“Bakı” klubunun rəhbərliyi Qyoko Hacıyevski ilə yeni müqavilə bağlayır
Azərbaycan Premyer Liqasının qalibi olan “Bakı”nın rəhbərliyi makedoniyalı baş məşqçi Qyoko Hacıyevski ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssislə razılaşmanın müddəti daha iki illiyə uzadılacaq.

Hacıyevskinin klub prezidenti Hafiz Məmmədovla görüşündə bu məsələ müsbət həll olunub. “Bakı”ya çempion titulu qazandıran məşqçi ilə gələcəkdə müqavilənin daha uzun müddətli olması mümkündür.

Qeyd edək ki, Hacıyevski 2007-ci ilin sentyabrında “Bakı”nın baş məşqçisi təyin olunub.
0