Bakıya Uels yığmasının 20 futbolçusu gələcək - YENİLƏNİB
22.05.2009 - 16:12
Bakıya Uels yığmasının 20 futbolçusu gələcək - YENİLƏNİB
Uels yığması iyunun 6-da Bakıda Azərbaycan milli komandası ilə oyuna gətirəcəyi heyəti açıqlayıb. Apasport.az saytına verilən məlumata görə, britaniyalıların baş məşqçisi Con Toşak ölkəmizə 20 futbolçu gətirəcək. Lakin mütəxəssis komandanın hazırlıqlarına 22 oyunçu dəvət edib.

Toşak bu oyunçuları Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya qədər də bir dəfə sınayacaq. Belə ki, rəqibimiz mayın 29-da Estoniya yığması ilə yoldaşlıq oyununda görüşəcək. Bu matçdan sonra heyətdə ixtisar aparacaq çalışdırıcı iki nəfəri heyətdən kənarlaşdıracaq.

Qapıçılar: Ueyn Hennessey (“Vulverhempton”), Boaz Mihill (“Hall Siti”), Levis Prays (“Derbi Kaunti”).

Müdafiəçilər: Qaret Beyli, Kris Qunter (hər ikisi “Tottenhem”), Neal İrdli (“Oldhem”), Kreyq Morqan (“Peterburq”), Levin Nyatanqa (“Derbi kaunti”), Sem Rikketts (“Hall Siti”), Eşli Uilyams.;

Yarımmüdafiəçilər: Co Allen, Oveyn Tudur Cons (hamısı “Suonsi”), Cek Kollison, Devid Kotterill (“Vest Hem”), Devid Edvards (“Şeffild Yunayted”), Endi Kinq (“Leyçester”), Co Ledli (“Kardiff Siti”), Aaron Ramsi (“Arsenal”).

Hücumçular: Simon Kurç (“Ridinq”), Robert İrnşou (“Nottingem Forest”), Çed Evans (“Mançester Siti”), Sem Voks (“Vulverhempton”).
0