Görüş saatını dəyişmək olmaz: 3 iyun saat 22:00-da
22.05.2009 - 14:58
Görüş saatını dəyişmək olmaz: 3 iyun saat 22:00-da
Azərbaycanın U-21 və əsas milli komandalarının Türkiyə ilə yoldaşlıq görüşləri eyni saatda başlanacaq. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, əsas yığmamız kimi, 21 yaşlılardan ibarət komanda da türklərlə Bakı vaxtı ilə 22:00-da görüşəcək.

Bernard Lippertin yetirmələri qonşu ölkənin futbolçuları ilə iyunun 3-də İstanbulun məşhur “Əli Sami Yen” stadionunda üz-üzə gələcəklər.

Xatırladaq ki, bundan bir gün öncə əsas milli komandamız Kayseri şəhərinin “Kadir Has” stadionunda Türkiyəyə qarşı mübarizə aparacaq. Bu oyunun da start fiti saat 22:00-da çalınacaq.
0