Məktəbli qızlarımız futbol oynayanda – FOTO
22.05.2009 - 15:14
Məktəbli qızlarımız futbol oynayanda – FOTO
12-15 yaşlı qız şagirdlərdən ibarət komandalar arasında AFFA-nın təşkilatçılığı ilə keçirilən mini-futbol turniri başa çatıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışın qalibi 310 saylı məktəb olub.

Sözügedən məktəbin şagirdləri finalda “Həvəskarlar” komandasını məğlub ediblər. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. 310 saylı məktəbin komandası penaltiləri daha dəqiq yerinə yetirərək, çempion olublar.

Qeyd edək ki, turnirdə Bakının Xətai, Nizami, Sabunçu və Yasamal rayonlarında yerləşən orta məktəblərinin kollektivləri oynayıblar.
0