Milli komandamız İordaniya ilə qarşılaşacaq
22.05.2009 - 15:25
Milli komandamız İordaniya ilə qarşılaşacaq
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması (U-21) bu il daha bir yoldaşlıq görüşü keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, Bernard Lippertin rəhbərlik etdiyi kollektiv səfərdə İordaniya ilə qarşılaşacaq.

Oktyabrın 3-də Əmman şəhərinin “Beynəlxalq stadion”unda keçiriləcək görüş yerli vaxtla saat 18:00-da başlanacaq.

Maraqlıdır ki, U-21-nin 2009-cu il üçün qarşıdakı yoldaşlıq görüşləri yalnız səfərdə nəzərdə tutulub. Komandamız iyunun 3-də Türkiyə, bundan 5 gün sonra isə İngiltərənin qonağı olacaq.

Xatırladaq ki, əsas milli komandamız da vaxtilə Əmmanda yoldaşlıq oyunu keçirib. 2004-cü ilin avqustunda Karlos Alberto Torresin baş məşqçisi olduğu yığmamız İordaniya ilə başabaş mübarizə aparıb - 1:1.
0