“Simurq”un ikinci transferi
22.05.2009 - 15:55
“Simurq”un ikinci transferi
Zaqatala “Simurq”u daha bir futbolçu ilə müqavilə bağlayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bir müddət əvvəl qapıçı Rauf Mehdiyevi sıralarına qatan əyalət təmsilçisi Camal Məmmədovu da transfer edib.

Ötən mövsümü "Standard"da keçirmiş 26 yaşlı yarımmüdafiəçi “Simurq”la 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində bir çox klublarda oynamış Camal Premyer Liqada 127 oyuna 6 qol vurub.
0