Maurinyoya görə 7 milyon avro təzminat
22.05.2009 - 16:25
Maurinyoya görə 7 milyon avro təzminat
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlıq etmək istəyən komanda əməlli-başlı xərcə düşməlidir. Apasport.az saytının məlumatına görə, hər hansısa klub 46 yaşlı portuqaliyalı ilə müqavilə bağlamaq üçün “İnter”ə 7 milyon avro təzminat ödəməlidir.

Mourinyo bu mövsüm Milan klubuna qızıl medallar qazandırsa da, İtaliya mətbuatı onun mümkün gedişi ilə bağlı müzakirələri davam etdirir. Madridin “Real” klubunun prezident postuna əsas namizədlərdən biri Florentino Peres təcrübəli mütəxəssisi sərəncamında görmək istəyir. Onun müəyyən fasilədən sonra yenidən “Real”ın prezidenti seçiləcəyi halda, 7 milyon avro təzminat müqabilində Maurinyo ilə müqavilə bağlayacağı gözlənilir.