Uels milli komandasının viza problemi həll olundu
22.05.2009 - 16:37
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakıda Azərbaycan milli komandası ilə rəsmi oyun keçirəcək Uels yığmasının viza problemi həll olunub. Bu haqda apasport.az saytına Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
“Vizanı həm komandanın üzvləri, həm də texniki heyət, azarkeşlər və KİV nümayəndələri alıblar. Azarkeşlərin bir hissəsi bu gün yola düşür. Onlar 9 avtomobillə xeyriyyə səfəri həyata keçirəcəklər. Qalan heyət üzvləri isə bir neçə gündən sonra təyyarə ilə Bakıya yollanacaqlar” – deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycan səfirliyində vizaların alınması ilə yeni qaydaların tətbiqi Uels yığmasına problem yaratmışdı. Bu gün Uelsin paytaxtı Kardiffdən 9 avtomobillə yola düşən 25 azarkeş isə 2002-ci ildə yaranmış “Göl” fanatların ittifaqının üzvləridir. Onlar Fransa, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Gürcüstandan keçərək, Azərbaycana gələcəklər. Azarkeşlər yolboyu 20-yə yaxın uşaq evinə baş çəkəcək. Bura Qazax və Kürdəmirdəki uşaq evləri, həmçinin Sumqayıtdakı iki uşaq evi də daxildir. Bundan sonra uelsli fanatlar milli komandalarına dəstək vermək üçün Bakıya təşrif buyuracaqlar.

0
0