Rəşad Sadıqovun 5 manatlıq oyunu
22.05.2009 - 17:31
Rəşad Sadıqovun 5 manatlıq oyunu
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun formasını geyindikləri Türkiyənin “Kocaelispor” klubunun Superliqada növbəti oyununun biletlərinin qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, izmitlilər 33-cü turda “İstanbul BB” komandasını qəbul edəcəklər.

Bu matça baxmaq üçün 10-50 türk lirəsi (təxminən 5-25 manat) xərcləmək lazımdır. Oyun mayın 24-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, “İstanbul BB” sona iki tur qalmış turnir cədvəlində 11-ci, “Kocaelispor” isə 17-ci yerdə gedir. Futbolçularımızın komandası artıq çoxdan Superliqada yerini itirib.
Rəşaddan fərqli, Ramal hələ də “Kocaeslipor”un əsas heyətində debüt etməyib.