Visente del Boske: Bakıya yeni futbolçular aparacağam
22.05.2009 - 17:39
Visente del Boske: Bakıya yeni futbolçular aparacağam
“Azərbaycan milli komandası ilə oyuna, eləcə də Konfederasiyalar kubokuna çağıracağım heyətə aid müəyyən fikirlərim var. Lakin hələ beynimdəki siyahını açıqlamaq niyyətim yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente Del Boske deyib.

İyunun 14-də CAR-da start götürəcək Konfederasiyalar kubokuna hazırlıq məqsədilə bundan 5 gün öncə Azərbaycan milli komandası ilə görüşəcək Avropa çempionlarının çalışdırıcısı Bakıya yeni oyunçular da gətirəcəyini açıqlayıb: “Heyəti mayın 29-dan bir gün də tez açıqlamayacağam. Həmin günədək, çempionatın son turuna iki gün qalmışa qədər heyətlə bağlı heç nə demək istəmirəm. Çünki bu müddətdə bir sıra hadisələr yaşana bilər. Təbii ki, heyətdə yeni futbolçular olacaq. Lakin belələrinin sayı insanların düşündüyündən çox azdır. Komandamızın özəyi olduğu halda, bunu dəyişməyə cəhd etmək düzgün olmazdı. Ümumilikdə, Azərbaycanla oyunda heyətimizdə ciddi dəyişiklik görməyəcəksiniz”.
0