Şahin Diniyev 4-cü qələbəsini qazandı
22.05.2009 - 18:25
Şahin Diniyev 4-cü qələbəsini qazandı
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi Rusiyanın “Terek” klubunun əvəzedici heyəti növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisi Premyer Liqa klublarının gənclərdən ibarət komandaları arasında birinciliyin X turunda “Ximki”yə qalib gəlib.

Diniyevin yetirmələri 3:1 hesabı qələbə sayəsində xallarını 14-ə çatdırıblar. Hazırda “Terek” turnir cədvəlinin orta pillələrində qərarlaşıb.

Qeyd edək ki, mövsümdə 4-cü qələbəsini qazanan Diniyevin komandası növbəti oyununu mayın 29-da səfərdə “Rostov”a qarşı keçirəcək.
0