“Neftçi”nin sabiq baş məşqçisi “Dinamo”nu çalışdırmaq istəmir
22.05.2009 - 23:02
“Neftçi”nin sabiq baş məşqçisi “Dinamo”nu çalışdırmaq istəmir
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Ukrayna “Dinamo”sunu ölkə çempionu edən Yuri Syominin komandadan ayrılacağı ilə bağlı ehtimallara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis uzun illər oynadığı, sonra isə çalışdırdığı kluba qayıtmağın əleyhinədir.

Belə ki, Demyanenko Syominin baş məşqçi postundan gedəcəyi təqdirdə, onu əvəzləmək haqda düşünmür: “Bu haqda məndən yox, “Dinamo”nun prezidentindən soruşsanız yaxşı olar. Syomin “Lokomotiv”ə dönərsə, prezidentin yeni baş məşqçi axtarışlarını hansı istiqamətdə aparacağını bilmirəm. İndi işsiz olan səviyyəli mütəxəssislər azdır. Amma belələri var. Elə Rusiyanın özündə heç nə dəyişməyibsə Valeri Qazzayev və bir sıra çalışdırıcılar işsizdir”.

Qeyd edək ki, Demyanenko baş məşqçi qismində “Dinamo”ya Ukrayna çempionatının qızıl və gümüş, “Neftçi”yə isə Premyer Liqanın bürünc medalını qazandırıb.
0