Arda Turan ilk dəfə sevgilisindən danışdı
23.05.2009 - 11:26
Arda Turan ilk dəfə sevgilisindən danışdı
Türkiyə yığmasının və “Qalatasaray”ın futbolçusu Arda Turan sevgilisi Eda Türkmənlə bağlı ilk dəfə açıqlama verib. Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə cütlük restorandan çıxarkən, paparatsilər tərəfindən yaxalanıb. Onların əl-ələ şəkilləri yayımlanıb.

Arda mətbuatın onun şəxsi həyatına müdaxiləsindən narahat deyil: “22 yaşım var. Bu yaş dövründə bir oğlanın qız dostu olması çox normal haldır. Hansı səbəbdən məsələnin belə şişirdilməsini anlamıram. Mən heç nədən narahat deyiləm. İstədiyimi eləyirəm, istədiyim kimi yaşayıram”.

“Cim Bom”un oyunçusu sevgilisinə sadiqliyini nümayiş etdirib: “Dünən məni qız dostumla əl-ələ gördünüz. Sabah da biz əl-ələ olacağıq. Bu, həyatımda hər zaman olacaq. Nə vaxt evlənəcəyimizi isə zaman göstərəcək. Ailə qurmaq hər ikimiz üçün tezdir”.
0