“İnter” 2 futbolçunu komandadan uzaqlaşdırdı
23.05.2009 - 12:04
“İnter” 2 futbolçunu komandadan uzaqlaşdırdı
Bakının “İnter” klubu iki futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, moldovalı futbolçular Oleq Şişkin və İon Testimitsianu artıq komandanın düşərgəsini tərk edib.

Hər iki yarımmüdafiəçinin “İnter”lə müqaviləsi bitib. Ancaq bakılılar onlarla yeni anlaşma imzalamağa ehtiyac duymayıblar. Bu səbəbdən də hər iki futbolçu Azərbaycan kubokunun bu gün keçiriləcək finalını gözləmədən vətənlərinə yola düşüblər. “Qarabağ”la qarşılaşmadan sonra Karlos Velton, Kleyton Oliveyra və Auqusto Andaverisin də “İnter”i tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, 35 yaşlı İon cari mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda 1 qol vurub. Ondan bir yaş kiçik olan və Testimitsianu kimi, ötən ilin yayından “İnter”in şərəfini qoruyan Şişkin isə cəmi 9 çempionat görüşündə meydana çıxıb.

Mənbə: extratime.az
0