Emin Ağayevin komandası evdə uduzdu
23.05.2009 - 14:12
Emin Ağayevin komandası evdə uduzdu
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçinin çıxış etdiyi Tverin “Volqa” klubu ikinci divizionun qərb zonasında ilk dəfə evdə məğlubiyyətə düçar olub.

Eminin komandası Kostroma “Spartak”ı ilə görüşdə minimal hesabla uduzub. Həmyerlimiz bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Yeddinci turdan sonra hesabında 8 xal olan “Volqa” 11-ci pilləyə düşüb.

Qeyd edək ki, “Volqa” növbəti matçını mayın 29-da “Pskov-747” klubuna qarşı keçirəcək.
0