“Qarabağ” üçüncü dəfə Azərbaycan kubokunu qazandı
23.05.2009 - 18:51
“Qarabağ” üçüncü dəfə Azərbaycan kubokunu qazandı
Bu gün Azərbaycan kubokunun final görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həlledici matçda Bakının “İnter” və Ağdamın “Qarabağ” klubları üz-üzə gəlib.

FİFA hakimi Vüsal Əliyevin idarə etdiyi qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. 56-cı dəqiqədə Vaqif Cavadovun penalti zərbəsindən vurduğu qol oyunda həlledici olub.

Bununla, artıq üçüncü dəfə ölkə kubokuna sahib çıxan “Qarabağ” (1993, 2006 və 2009) ölkəmizi yeni mövsümdən Avroliqa adlanacaq turnirdə təmsil edəcək.
0