Elxan Məmmədov: Futbolçularımız təbliğ ediləcək
24.05.2009 - 21:51
Elxan Məmmədov: Futbolçularımız təbliğ ediləcək
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün “Azercell Telekom”la əməkdaşlıq müqaviləsinin bağlanmasından sonra jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının məlumatına görə, Məmmədov öncə saziş barədə fikirlərini bildirib.

“Bugünkü tədbir münasibətilə bütün futbol ictimaiyyətini təbrik edirəm. Ölkəmizin əsas mobil operatoru sayıla biləcək “Azercell” şirkəti ilə geniş əməkdaşlığa başlayırıq. İmzalanmış müqavilə hər iki tərəfin üzərinə böyük məsuliyyətlər qoyur” – deyə baş katib vurğulayıb.

Məmmədov qeyd edib ki, müqavilənin müxtəlif şərtləri var: “Əsas məqsəd futbolu təbliğ etməkdir. Şirkət uşaq futbolunun inkişafı ilə bağlı layihələr həyata keçirəcək. “Azercell”in təbliğat imkanları böyükdür . Bu baxımdan futbolçularımız təbliğ ediləcək. Eyni zamanda, bütün yaş qruplarından ibarət milli komandalara diqqət göstəriləcək”.

Xatırladaq ki, iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda Türkiyə və Azərbaycan yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün sponsoru “Azercell”dir.
0