Rəşad Sadıqov üçün əla qiymət
25.05.2009 - 09:29
Rəşad Sadıqov üçün əla qiymət
Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Kocaelispor” klubu bu dəfə də meydanı xalsız tərk edib.

“İstanbul Böyükşəhər Bələdiyyəsi”ni qəbul edən İzmit təmsilçisi iki dəfə hesabda önə keçdiyi görüşdə 2:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra 26 xalı olan “Kocaelispor”un 17-ci yeri tutacağı rəsmiləşib. Mayın 31-də keçiriləcək son turda “Hacettepe” ilə səfər oyununda Rəşadın komandası uduzsa belə, sonuncu pillədəki rəqibi üçün əlçatmaz olacaq. İstanbullularla qarşılaşmada 90 dəqiqə meydanda olan Rəşad Türkiyə mətbuatından “5” qiyməti alıb.
0