Azərbaycan çempionu Gürcüstanda oynayacaq
25.05.2009 - 09:33
Azərbaycan çempionu Aleksey Savinov Gürcüstana gedir. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun heyətində Premyer Liqanın qalibi olan 31 yaşlı moldovalı müdafiəçi milli komandasının Tiflisdəki yoldaşlıq görüşünə dəvət alıb. Moldova yığmasının baş məşqçisi İqor Dobrovolski iyunun 6-da Gürcüstanla səfərdə keçiriləcək yoxlama oyununa ölkəmizdə çıxış edən digər müdafiəçi - Sergey Laşenkovu da çağırıb. O, ötən mövsüm Bakının “Olimpik” klubunun heyətində çempionatı 6-cı yerdə başa vurub. Hər iki moldovalı ötən yaydan ölkəmizdə çıxış edir və daim öz milli komandalarına dəvət olunurlar.
0
0