“Qarabağ” “Xəzər-Lənkəran”ın planlarını dəyişdirdi
25.05.2009 - 10:14
“Qarabağ” “Xəzər-Lənkəran”ın planlarını dəyişdirdi
“Qarabağ”ın Azərbaycan kubokunu qazanması “Xəzər-Lənkəran”ın hazırlıq planlarında dəyişikliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi kuboka sahib çıxdığından, avrokuboklardan kənarda qalan lənkəranlı futbolçuların məzuniyyət müddəti artıb. Nəticədə “Xəzər-Lənkəran” iyunun sonunadək dincələrək, 28-29-da bir araya gələcək.

Komandanın baş məşqçisi İqor Ponomaryov artıq yeni mövsümün hazırlıq planlarını müəyyənləşdirməyə başlayıb. Belə ki, ilk təlim-məşq Türkiyədə keçiriləcək və iki həftə davam edəcək. İyulun 12-də vətənə dönəcək komanda bir neçə günlük istirahətdən sonra yenidən ölkə kənarına çıxacaq. Ancaq iyulun 20-dən avqustun 2-dək davam edəcək həmin toplanışın hansı xarici ölkədə keçiriləcəyi hələ məlum deyil.