Tuncay Şanlının komandası birinci diviziona düşdü
25.05.2009 - 10:58
Tuncay Şanlının komandası birinci diviziona düşdü
İngiltərə Premyer Liqasında növbəti mövsüm başa çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının hücumçusu Tuncay Şanlının çıxış etdiyi “Midlsbro” yeni mövsümdən birinci divizionda çıxış edəcək. Sonuncu 38-ci turda səfərdə “Vest Hem”ə 1:2 hesabı ilə uduzan “Midlsbro” 32 xalla 20 komanda arasında 19-cu yeri tutub. “Nyukasl” və “Vest Bromviç” də Premyer Liqada yerini itiriblər.

İngiltərə çempionu “Mançester Yunayted”lə yanaşı, gümüş və bürünc medalçılar “Liverpul”la “Çelsi” də Çempionlar Liqasında mübarizəyə birbaşa qrup mərhələsindən başlayacaq. 4-cü yerin sahibi olan London “Arsenal”ı isə qrupa düşmək üçün son təsnifat mərhələsində qalib olmalıdır. “Everton”, “Aston Villa” və “Fulhem” İngiltərəni UEFA kubokunda təmsil edəcək. Son turda daha bir top vuran “Çelsi”nin fransalı hücumçusu Nikola Anelka 19 qolla Premyer Liqanın bombardiri olub.
Qeyd edək ki, İngiltərə mövsümə mayın 30-da “Çelsi” və “Everton” arasında keçiriləcək İngiltərə kubokunun final oyunu ilə yekun vurulacaq.
0