Azərbaycan klubları Avropa Liqasında “Rusenborq”la qarşılaşa bilər
25.05.2009 - 11:26
Azərbaycan klubları Avropa Liqasında “Rusenborq”la qarşılaşa bilər
Avropa Liqasında Azərbaycanı təmsil edəcək klubların potensial rəqiblərinin bir çoxunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “İnter” və “Simurq”un qarşılaşa biləcəyi 23 komandadan 18-i artıq məlumdur. Bu mərhələdə 46 klubun öz aralarında münasibətlərini ayırd edəcəyi gözlənilir. Belə olan halda, ikinci səbətdə yer alacaq təmsilçilərimiz səpələnmişlərdən biri ilə üz-üzə gələcək.

I təsnifat mərhələsi

Səpələnmişlər:
“Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Helsinqborq” (İsveç), “Slaven” (Xorvatiya), “Rudar” (Sloveniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Haladaş” (Macarıstan), “Zimbru” (Moldova), “Sliqo Rovers” (İrlandiya), “Laxti” (Finlandiya), “Vetra” (Litva), “Dinaburq” (Latviya), “Dinamo”, “MTZ-RİPO” (hər ikisi Belarus), “Zestafoni” (Gürcüstan), “Keflavik”, “Fram” (hər ikisi İslandiya), həmçinin Şotlandiya, Danimarka, Slovakiya, Polşa və Gürcüstan təmsilçisi.

Səpələnməmişlər: “İnter”, “Simurq” (hər ikisi Azərbaycan), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Dinamo” (Albaniya), “İrtış”, “Kaysar” (hər ikisi Qazaxıstan), “Landzasar”, “Banants” (hər ikisi Ermənistan), “Llanelli”, TNS (hər ikisi Uels), “Linfild”, “Lisburn” (hər ikisi Şimali İrlandiya), “B-36 Torshavn”, “NSİ Runavik” (hər ikisi Farer adaları), “Qrevenmaher” (Lüksemburq), “Sutyeska” (Çernoqoriya), “Birkirkara” (Malta), həmçinin Makedoniya, Albaniya, Lüksemburq, Malta və Çernoqoriyanın daha bir təmsilçisi.

İlkin oyunların 23 qalibi ilə yanaşı, daha 57 komanda ikinci təsnifat mərhələsinə birbaşa qoşulacaq. Yarışa buradan başlayacaq Ağdamın “Qarabağ” klubunun da ikinci – zəiflərin səbətində yer alacağı dəqiqdir. Lakin digərlərinin səpələnib-səpələnməyəcəyi dəqiq deyil. Bu daha çox birinci təsnifat mərhələsində qeydə alınacaq nəticələrdən də asılıdır. Düzdür, 14 komanda özünü ikinci təsnifat mərhələsinin səpələnmişlərində yerini möhkəmlədib. Digər 26 güclü isə birinci təsnifat mərhələsinin qalibləri və hələ ölkəsini təmsil edəcəyi bilinməyən komandalar olacaq. Yarışa ikinci mərhələdən başlayacağı dəqiqləşənlərin digərləri isə böyük ehtimalla səpələnməmişlər sırasında olacaq. Lakin ilkin mərhələdə sensasiyaların olması onların yerini dəyişə bilər.

II təsnifat mərhələsi

Səpələnmişlər:
“Tromse” (Norveç), “Rapid” (Avstriya), “Elfsborq” (İsveç), “Larisa” (Yunanıstan), “Gent” (Belçika), “Sevoyno” (Serbiya), “Omoniya“ (Kipr), “Sent Patriks”, “Derri Siti” (hər ikisi İrlandiya), “Novo Qoritsa” (Sloveniya), “Riyeka” (Xorvatiya), HİK, “Honka” (hər ikisi Finlandiya), “Rabotniçki” (Makedoniya)...

Digərləri: “Suduva”, “Kaunas” (hər ikisi Litva), “Skonto”, “Metallurq” (hər ikisi Latviya), “Sloboda”, “Slaviya” (hər ikisi Bosniya və Herseqovina), “Uypeşt” (Macarıstan), “Daçiya”, “İstra-Stal” (hər ikisi Moldova), “Reykyavik” (İslandiya), “Vaduts” (Lixtenşteyn), “Flyanurtari” (Albaniya), “Flora” (Estoniya), “Tobol” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Banqor Siti” (Uels), “Ararat” (Ermənistan), “Kruzaders” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), OFK (Çernoqoriya), “Santa Koloma” (Andorra)...

Qeyd edək ki, Avropa kuboklarının ilkin mərhələlərinin püşkatması iyunun 22-də keçiriləcək.
0