“Volfsburq” siftə etdi
25.05.2009 - 11:31
“Volfsburq” siftə etdi
“Volfsburq” tarixində ilk dəfə Bundesliqanın qalibi olub. Apasport.az saytının məlumatına görə, “Volfsburq”un baş məşqçisi Feliks Maqat 1997-ci ildən Bundesliqa adlanan yarışda 1-ci yer uğrunda mübarizədə keçmiş komandası, qızıl medal qazandırdığı “Bavariya”nı qabaqlayıb. Son turda səfərdə evdə “Verder”i darmadağın edən (5:1) komanda Bundesliqada 1500-cü qələbəsini qazanan “Bavariya”nı 2 xal geridə qoyub. Maraqlısı isə odur ki, “Volfsburq” ilk dövrədən sonra turnir cədvəlində 9-cu imiş.

Volfsburq”la yanaşı, gümüş medalçı “Bavariya” da Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazanıb. Bürünc medalçı turnirdə mübarizəyə son təsnifat mərhələsindən başlayacaq. Avropa Liqasında Almaniyanı təmsil edəcək üç klubdan ikisi məlumdur. Bunlar 4-cü və 5-ci yeri tutan “Herta” ilə “Hamburq”dur. Üçüncü vəsiqənin sahibi isə Almaniya kuboku uğrunda final oyununda bilinəcək ki, həlledici görüşdə “Bayer”lə “Verder” üz-üzə gələcək.

“Karlsrue” və “Arminiya” mövsümün yekununa əsasən bundesliqanı tərk ediblər. İkinci bundesliqaya düşən üçüncü komanda “Enerji”nin bu çempionatda 3-cü yeri tutan komanda ilə pley-off oyunlarından sonra müəyyənləşəcək.
0