Eldar Əzimzadə yubileyində yad edildi
25.05.2009 - 14:25
Eldar Əzimzadə yubileyində yad edildi
Azərbaycan hakimlik məktəbinin ən istedadlı nümayəndələrindən olan Eldar Əzimzadənin xatirəsi yad edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan futbolunun veteranları, assosiasiyanın əməkdaşları, futbol ictimaiyyətinin nümayəndələri sabiq FİFA hakiminin məzarını ziyarət ediblər. AFFA tərəfindən mərhumun məzarı önünə əklil qoyulub. 1980-ci ildə Moskvada keçirilmiş XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final qarşılaşmasını idarə etmiş, dəfələrlə SSRİ-nin ən yaxşı hakimləri sırasına düşən mərhumun anadan olmasının 75 illiyi münasibətilə Futbol Veteranları İttifaqının sədri Rasim Zeynalov, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və başqaları çıxış ediblər. Onlar Əzimzadə barədə xatirələrini danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində həmişə yaşayacağını bildiriblər.
0