Millimizin futbolçusu Tommazi ilə niyə görüşə bilməyib?
25.05.2009 - 14:36
Millimizin futbolçusu Tommazi ilə niyə görüşə bilməyib?
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin formasını geyindiyi “Çanqçun Yatay” klubu Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası öz meydanında “Tszyan Teda” ilə qarşılaşıb. Komandanın ən yaxşı oyunçularından olan Tim Fortun növbəti qolu sayəsində “Çanqçun Yatay” minimal hesablı qələbə qazanıb. Ötən tur olduğu kimi, bu dəfə də meydana çıxmayan Branimir qonaqların ulduz futbolçusu Damiano Tommazi ilə görüşə bilməyib. İtaliya milli komandasının sabiq futbolçusu, yığmamızla Bakıdakı oyunda qapımıza vurulan qolun məhsuldar ötürməsinin müəllifi olan yarımmüdafiəçinin özü də bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 17-yə çatdıran “Çanqçun Yatay” üçüncü pilləyə yüksəlib. On turdan sonra yaranan qısa fasilədən sonra Subaşiçin komandası bir də iyunun 13-də “Hennanq”la görüşdə növbəti matçına çıxacaq.
0