“Bakı”dan ayrılacaq futbolçular müəyyənləşdi
25.05.2009 - 15:39
“Bakı”dan ayrılacaq futbolçular müəyyənləşdi
Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Bakı” klubu heyətə “əl gəzdirməyə” başlayıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu dörd futbolçu ilə yollarını ayırmaq niyyətindədir.

Yerli futbolçulardan o qədər də narazılığı olmayan baş məşqçi Qyoko Hacıyevskinin imtina etmək fikrində olduğu oyunçuların dördü də legionerdir. Draqan Naçevski, Deyan Brankoviç, Stanislav Baçev və Aleksandr Tomaş “dördlüy”ündən yalnız sonuncunun məsələsi tam həll olunmayıb. Bu iki futbolçudan başqa, bakılılar müqaviləsi bitən Georgi Adamiya və Vilyam Batistanı da itirə bilər. “Bakı” rəhbərliyi bu iki legionerlə danışıqları davam etdirir.

mənbə: extratime.az
0