“Azercell” Berti Foqtsu da danışdırdı
25.05.2009 - 16:11
“Azercell” Berti Foqtsu da danışdırdı
“Azercell” kimi böyük şirkətin AFFA ilə əməkdaşlıq etməsi yaxşı haldır. Bu, ümumilikdə Azərbaycan idmanı və futbolu üçün əlamətdar hadisədir”. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

63 yaşlı mütəxəssis “Azercell” şirkətinin 7 illik fasilədən sonra yenidən Azərbaycan futbolu ilə yaxından əməkdaşlıq edəcəyindən razı qalıb. Foqts AFFA ilə Azercell arasında əməkdaşlığa dair müqavilənin imzalanma mərasimində də iştirak edib: “Bu gün imzalanan əməkdaşlıq müqaviləsi ilə gələcəkdə hazırlanacaq birgə layihələr uşaq futbolunun inkişafına daha çox töhfə verəcək. Ümid edirik ki, Azərbaycanda fəaliyyət göstərən digər böyük şirkətlər də ölkə futbolunun inkişafı üçün birgə əməkdaşlıqdan çəkinməyəcəklər”.

Qeyd edək ki, “Azercell” 2000-2002-ci illərdə AMMK ilə birlikdə futzal çempionatında “AMMK-Azercell” klubu kimi təmsil olunurdu.
0