Azərbaycan yığması Türkiyəyə yollandı
25.05.2009 - 17:10
Azərbaycan yığması Türkiyəyə yollandı
Bu gün Azərbaycan yığması Türkiyəyə yollanıb. AFFA-nın İnformasiya və Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız qardaş ölkənin yığması ilə iyunun 2-də Kayseri şəhərində keçiriləcək yoldaşlıq görüşünə orada hazırlaşacaq.

“Kadir Has” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Foqts bu oyunla yanaşı, iyunun 6-da Uelslə rəsmi, 9-da İspaniya ilə yoldaşlıq görüşünə 23 futbolçu çağırıb. Türkiyənin “Kocaelispor” klubunda çıxış edən milli komandamızın kapitanı Rəşad Sadıqovun elə orada yığmaya qoşulacağı nəzərdə tutulub. Çinin “Çanqçun Yatay” klubunda forma geyinən milliləşən serbiyalı hücumçu Branimir Subaşiçin də ordan Türkiyəyə yollanacağı gözlənir.
0