Böyükağa Ağayev “Neftçi”ni hara aparır?
25.05.2009 - 17:12
Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünü uğursuz keçirən Bakının “Neftçi” klubunun yay hazırlıqlarının planına aydınlıq gəlib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bakılılar yeni mövsümə hazırlığı üç mərhələdən ibarət olacaq. İyulun 1-də bir araya gələcək futbolçular ertəsi gün 9 günlük Bakı toplanışında iştirak edəcək. Ayın 11-dən 22-dək isə baş məşqçi Böyükağa Ağayev yetirmələrinə Antalyada təlim keçəcək. Türkiyənin məşhur kurort şəhərindən qayıtdıqdan 5 gün sonra isə “Neftçi” Avropaya üz tutacaq. Son dövrlər hazırlıq məqsədilə İspaniya, Hollandiya, Almaniya kimi ölkələrdə olan flaqmanın bu dəfə hansı istiqamətdə hərəkət edəcəyi dəqiqləşməyib. Bu toplanış iyulun 27-də başlayacaq və iki həftə davam edəcək.
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
0
0