Fatih Təkkə Rəşad Sadıqovun aqibəti ilə üzləşdi
26.05.2009 - 09:30
Fatih Təkkə Rəşad Sadıqovun aqibəti ilə üzləşdi
Türkiyə yığmasının sabiq futbolçusu Fatih Təkkə Rusiyanın “Zenit” klubunun əsas komandasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu əvəzedici heyətə göndərilib.

Buna Təkkənin işinə qeyri-peşəkar münasibəti səbəb olub. “Zenit”in baş məşqçisi Dik Advokat məşq prosesinə barmaqarası yanaşan türkiyəlini bu cür cəzalandırmaq qərarına gəlib: “Həmişə Təkkənin ən yaxşı hücumçulardan olduğunu düşünmüşəm. Elə indi də fikrimi dəyişmirəm. Lakin onun işinə münasibəti heç bir tənqid çərçivəsinə sığmır. Və bundan sonra o gedib gənclərdən ibarət komanda ilə məşq edəcək”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının arxada qalan mövsümündə də bir çox tanınan futbolçular, o cümlədən Rəşad Sadıqov, Georgi Adamiya və Aleksandr Çertoqanov əvəzedici komandaya göndərilib.
0