Azərbaycan + Lixtenşteyn = Almaniya
26.05.2009 - 10:17
Azərbaycan + Lixtenşteyn = Almaniya
Dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Rusiya və Almaniya yığmalarının qarşılaşması ilə bağlı yenilik tətbiq olunacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da keçiriləcək oyuna hələ çox vaxt qalsa da, azarkeşlər həmin görüşü necə izləyəcəkləri ilə bağlı indidən narahatçılıq keçirir.

Almanlarla matça böyük marağın olması yığmanın oyununu izləmək istəyənləri gərginlikdə saxlayır. Lakin Ümumrusiya Azarkeşlər Birliyi onların bu narahatçılığına son qoyub. Belə ki, Rusiya - Almaniya görüşünə bilet əldə etmək əsl azarkeşlər üçün çətin olmayacaq. Birlik daha zəif rəqiblərlə - Azərbaycan və Lixtenşteynlə oyunların hər ikisini izləyənlərə güzəşt edəcək. Bu iki matça bilet almış əsl fanatların Almaniya ilə görüşdəki yeri təmin olunub. Bir sözlə, autsayderlərlə iki oyun liderlə bir qarşılaşmaya bərabər sayırlar.
0