Skolari Gedenin xələfi olacaq?
26.05.2009 - 10:55
Skolari Gedenin xələfi olacaq?
2002-ci ildə Braziliya milli komandasının baş məşqçisi postunda dünya çempionu olan Luis Felipe Skolari yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, üç ay əvvəl “Çelsi”dən (İngiltərə) istefaya göndərilən məşhur mütəxəssis “Neftçi”nin sabiq çalışdırıcısı Hans-Yurgen Gedenin xələfi ola bilər.

Belə ki, Skolariyə Gedenin bir vaxtlar çalışdırdığı Özbəkistan yığmasının baş məşqçisi postu təklif olunub. Braziliyanı dünya çempionu etdikdən sonra Portuqaliya millisinə rəhbərlik edən və bu komanda ilə iki dəfə Azərbaycan milli komandasını sınağa çəkən Skolarinin yaxın günlərdə seçim edəcəyi gözlənilir. O, Türkiyənin “Fənərbaxça” klubu ilə Özbəkistan yığmasından birini seçməlidir. Bir müddət əvvəl Skolarinin Portuqaliyaya qayıdacağı, orada “Benfika”nı çalışdıracağı bildirilsə də, çalışdırıcının Lissabona şəxsi məsələlərlə bağlı getdiyi məlum olub.
0