ABŞ İranla yoldaşlıq görüşü keçirmək istəyir
26.05.2009 - 11:08
ABŞ İranla yoldaşlıq görüşü keçirmək istəyir
ABŞ 29 ildir soyuq müharibə apardığı İrana maraqlı və gözlənilməz təklif edib. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Futbol Federasiyası İranın ali futbol quruma yoldaşlıq görüşü keçirməyini təklifini irəli sürüb. İranın futbol rəhbəri Əli Kafaşin bunu qətiyyətlə yaxına buraxmayıb: “Biz bu təşəbbüs haqda ətraflı fikirləşirik”.

ABŞ-la İran arasında 1980-ci ildən diplomatik münasibətlər yoxdur. Bu ölkələrin milli komandaları tarixində iki dəfə görüşüb. Fransada keçirilən 1998-ci il dünya çempionatının seçmə mərhələsində ABŞ-la İranın yığmaları bir qrupda yer almışdı. İranlılar 2:1 hesabı ilə qələbə qazansa da, hər iki yığma qrupdan çıxa bilməmişdi. 2000-ci ilin yanvarında isə ABŞ-la İran Kaliforniya şəhərində yoldaşlıq görüşündə üz-üzə gəlib. Amerikalılar bir il öncə İrana dəvət göndərsələr də, həmin vaxt bu layihə gerçəkləşməmişdi.
0