Ramin Musayev Berti Foqtsu quşa bənzətdi
26.05.2009 - 11:50
Ramin Musayev Berti Foqtsu quşa bənzətdi
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2009-2010-cu il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin tətbiq olunacağı haqda millimizin baş məşqçisi Berti Foqtsun açıqlamasına münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Musayev Azərbaycan futbolunda əsas söz sahibinin Foqts yox, AFFA prezidenti Rövnəq Abdullayev olduğunu vurğulayıb.

PFL prezidenti bildirib ki, yeni mövsümdən limit tətbiq olunmayacaq, əvəzində legionerlər üçün üzvlük haqqı qaldırılacaq: “Foqts qaranquşdur, bu gün gəlib, sabah gedəcək. Azərbaycan futbolunda əsas söz sahibi Rövnəq müəllimdir. Limit tətbiq olunmayacaq, əvəzində legionerlər üçün üzvlük haqqı əvvəlki kimi 20 min manat yox, daha yüksək olacaq”.

Musayev legionerlərə 3+2 limitinin tətbiq olunduğu vaxt yerli futbolçuların karyeralarından çox şəxsi həyatları barədə düşündüklərini xatırladıb. O, indiki məqamda legionerlərə limit qoyulmamasını daha münasib sayıb.
0