Azərbaycan - Uels oyununu hansı kanal yayımlayacaq?
26.05.2009 - 12:05
Azərbaycan  - Uels oyununu hansı kanal yayımlayacaq?
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində iyunun 6-da Uels yığması ilə ev oyununu Az.TV canlı yayımlayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş “Azercell” şirkətinin sponsorluğu ilə birbaşa efirə veriləcək. Oyun 20:00-da başlayacaq.

Qeyd edək ki, “Azercell” milli komandamızın Türkiyə yığması ilə iyunun 2-də Kayseri şəhərində “Kadir Has” stadionunda keçiriləcək yoldaşlıq görüşünün da sponsoru olacaq. Həmin oyunu ANS canlı yayımlayacaq.
0