Türkiyə mətbuatı: “Boluspor” İlqar Qurbanovdan imtina etdi
26.05.2009 - 12:13
Türkiyə mətbuatı: “Boluspor” İlqar Qurbanovdan imtina etdi
Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov Türkiyə çempionatının aşağı dəstəsində mübarizə aparan “Boluspor” klubunu tərk edəcək. Apasport.az saytının məlumatına görə, Superliqaya yüksəlmək uğrunda pley-off mərhələsində uğursuzluğa düçar olan bolulular yay transfer dövründə müəyyən islahatları həyata keçirəcək.

Klubun İdarə Heyəti yalnız mayın 30-da keçiriləcək konqresində komandadan xaric olunacaq futbolçuların adlarını açıqlayacaq. Lakin “Boluspor”dan hansı oyunçuların gedəcəyi konqresdən əvvəl Türkiyə mətbuatına çıxıb. Ömer Çuğ, Mehmet Ayaz, Gökhan Çalışal və Uğur İşıkalla yollarını ayıracağı bildirilən Bolu təmsilçisi icarəyə götürdüyü futbolçulardan da imtina edib. Hazırda Türkiyə çempionu olmaq üçün mübarizə aparan “Beşiktaş” və “Sivasspor”a məxsus oyunçular – müvafiq olaraq Sezər Sezgin və İlqar Qurbanov da komandaya lazım olmayıb.
0