İspaniya çempionatında fantastik qol
26.05.2009 - 12:41
İspaniya çempionatında fantastik qol
Futbol üzrə İspaniya çempionatında unikal hadisə baş verib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə çıxış edən “Rayo Vallekano” klubunun qapıçısı David Kobenyo öz qapısından rəqib qapısına qol vurub.

Belə ki, “Elçe” ilə qarşılaşmada topu əlinə götürən qolkiper rəqib həmkarını irəli çıxdığını görərək güclü zərbə ilə topu irəli vurub. Bütün meydanı uçan top Xaymenin başı üzərindən qapıya girib. Bu qola bütün “Rayo Vallekano” oyunçuları da dayanaraq əl çalıb. Lakin Kobenyonun hesabı açmağı komandasına xeyir gətirməyib. Qonaqlar matçın son 5 dəqiqəsində iki qol vuraraq, 3 xala sahib olub.
0