TFF-in yeni baş katibi elektrik mühəndisidir - FOTO
26.05.2009 - 13:33
TFF-in yeni baş katibi elektrik mühəndisidir - FOTO
Türkiyə Futbol Federasiyasına (TFF) yeni baş katib təyin olunub. Apasport.az saytının məlumatına görə, bu vəzifə Əhmət Güvenerə tapşırılıb.

Maraqlıdır ki, Güvenerin ixtisasının futbolla heç bir əlaqəsi yoxdur. O, Boğaziçi Universitetində elektrik mühəndisi fakültəsini bitirib. Daha sonra təhsilini ABŞ-ın Viskonsin Universitetində davam etdirib. 2008-ci ildə isə ona TFF-in Futbolun İnkişafı Mərkəzinin direktoru vəzifəsi həvalə olunub.

Qeyd edək ki, TFF-in bundan öncəki baş katibi Mətin Kazancıoğlu idi. 20 il federasiyada işləmiş Kazancıoğlunun ötən həftə gözlənilmədən istefa verməsi Türkiyədə şok effekti yaratmışdı. Onunla birgə 2003-cü ildən TFF-in Hüquq Komitəsinə rəhbərlik edən Əmrə Koçak da istefa verib.
0