“Barselona” finala xoşbəxt təyyarə ilə yollandı
26.05.2009 - 15:04
“Barselona” finala xoşbəxt təyyarə ilə yollandı
İspaniyanın “Barselona” klubu sabah Romada keçiriləcək Çempionlar Liqasının (ÇL) final oyununa xoşbəxt təyyarə ilə yollanıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi 2006-cı mayında Parisə yollandığı təyyarə ilə səfərə çıxıb. Həmin vaxt finalda “Arsenal”ı 2:1 hesabı ilə məğlub edən “Barselona” ÇL-nin qalibi olmuşdu.

Komanda Romaya bu gün Bakı vaxtı ilə saat 13:30-da “Boeing” 747-400 markalı təyyarə ilə yollanıb. Maraqlıdır ki, reysin nömrəsi (CRL-812) də Parisə yollananla üst-ütə düşüb. İngiltərənin “Mançester Yunayted” klubu ilə final oyununa komandanın üzvləri, məşqçilər heyəti, klub rəhbərliyi ilə yanaşı, onlarla jurnalist, hətta “Barselona”nın keçmiş futbolçuları və nümayəndələri olub.

Qeyd edək ki, “Barselona” – “Mançester Yunayted” oyunu sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.
0