Mehmet Akın “Qarabağ”dan getməsinin səbəbi bəlli oldu
26.05.2009 - 15:08
Mehmet Akın “Qarabağ”dan getməsinin səbəbi bəlli oldu
“Təbii ki, Avroliqaya vəsiqə qazandığımız üçün komandamızda lazımi dəyişikliklərə ehtiyac vardı. Komandamızda kimlərin gəlib, kimlərin getməsi yaxın zamanda bilinəcək. Baş məşqçimiz Qurban Qurbanovun verdiyi raport əsasında hərəkət edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun rəsmi saytına açıqlamasında deyib.

Artıq yeni mövsüm üçün hazırlıqlara start verən “Qarabağ”ın rəsmisinin sözlərinə görə, komandada dəyişikliklərin olması zəruri idi. Çəlikəl komandada məşqçi işləyən həmyerlisi Mehmet Akın gedişi ilə bağlı bunu deyib: “Artıq bu məlumdur ki, komandamızda fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak qarşıdakı mövsümdə bizimlə işləməyəcək. Türkiyəli ilə ortaq məxrəcə gələ bilmədik. Təbii ki, Akın klubda gördüyü işlər danılmazdır. Komandamızın kuboku almasına qədər uzanan yolda fiziki hazırlığın əhəmiyyəti bəllidir. Onun Qurban Qurbanovun başçılığı altında kubokun alınmasındakı əməyini qiymətləndiririk”.

Qeyd edək ki, Ak Rasim Kara “Qarabağ”ın baş məşqçisi olduğu – iki il öncə ölkəmizə gəlib. Ötən yay da komandadan gedən gənc mütəxəssis “Qalatasaray”da çalışırdı. Karanın gedişindən sonra “Qarabağ”a qayıdan Ak yenidən klubla yollarını ayırıb.
0