Əfsanəvi futbolçu: Azərbaycan futbol oynamaq üçün münasib yer deyil
26.05.2009 - 23:00
Əfsanəvi futbolçu: Azərbaycan futbol oynamaq üçün münasib yer deyil
“Azərbaycanla seçmə oyun öncəsi Estoniya ilə qarşılaşmağın futbolçularımıza böyük xeyri olacaq. Estoniya komandamıza elə müqavimət göstərəcək ki, bu matçda yaşanan çətinliklər növbəti oyunda xeyrimizə işləyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels futbolunun əfsanələrindən sayılan Din Saunders deyib.

Uzun illər Britaniya təmsilçisinin şərəfini qorumuş hücumçu həmyerlilərinin iyunun 6-da Bakıda keçiriləcək görüşdə əziyyət çəkəcəklərini bildirib: “İlin bu vaxtı futbol oynamaq üçün Azərbaycan heç də münasib yer deyil. Qızmar havada oynamaq həmişə çətindir. Bu həm də futbolçularımız üçün əsl test olacaq. Hələ bu isti hava bir yana, meydanın durumunun necə olduğunu da bilmirik. Ən azı biz oradakı ot örtüyünün görməyə adət etdiyimiz meydanlardakına oxşadığına əmin deyilik”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0