“Barselona” Azərbaycan yığmasına qol vuran futbolçuya 20 milyon avro təklif edir
26.05.2009 - 16:00
“Barselona” Azərbaycan yığmasına qol vuran futbolçuya 20 milyon avro təklif edir
“Barselona” Azərbaycan milli komandasına qol vuran futbolçuya 20 milyon avro təklif edib. Apasport.az saytının məlumatına görə, katalonlar “Portu” və Portuqaliya milli komandasının müdafiəçi Bruno Alveşlə maraqlanır. Müdafiəçi axtarışında olan “Barselona” 27 yaşlı Alveş üçün onun transfer qiymətini, yəni 20 milyon avronu ödəməyə hazırdır.

Bruno ötən seçmə mərhələ çərçivəsində milli komandamızla 2007-ci ili oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunun 12-ci dəqiqəsində hesabı açmışdı. Həmin görüşün 45-ci dəqiqəsində Fərhad Vəliyevin qapısından daha bir top keçirən portuqaliyalılar 2:0 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, Bruno ilə bir müddət öncə digər İspaniya nəhəngi – Madridin “Real” klubu ilə maraqlanırdı.
0