Moldova yığmasının futbolçusu “Olimpik”dən nə istəyir?
26.05.2009 - 16:07
Moldova yığmasının futbolçusu “Olimpik”dən nə istəyir?
Moldova yığmasının kapitanı Sergey Laşenkov karyerasını Bakının “Olimpik” klubunda davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi ötən yaydan çıxış etdiyi komanda ilə yaxın günlərdə müqaviləni daha bir illiyə uzatmaq haqda düşünür. Bir sıra aparıcı futbolçuları itirmək təhlükəsi ilə üzləşən “Olimpik” Laşenkovun saxlamaqda maraqlıdır. Elə Sergeyin özü də Bakı klubunda çıxışını davam etdirməyə etiraz etmir.
0