Əsgər Abdullayevin molla söhbəti UEFA-nı təəccübləndirdi
26.05.2009 - 16:47
Bakının “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev UEFA-nın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin söylədiyi fikir ötən mövsüm Azərbaycan futbolunda ən yaxşı sitatlarından biri sayılıb.
UEFA-nın rəsmi saytında ölkəmizdə mövsümün yekunları ilə bağlı yazıda Abdullayevin bu sitatı yer alıb: “Molladan soruşurlar ki, cənazəni hansı tərəfdən – qabaqdan, yoxsa arxadan tutmaq daha yaxşı olardı. Onun cavabı belə olur – cənazəni istədiyiniz kimi tutun, ancaq Allah onun içərisində olmağı sizə göstərməsin”. Abdullayev ona verilən sualı belə orijinal şəkildə cavablandırıb. Həmin sual isə “Olimpik”in vacib görüşlərindən biri öncəsi təbii otda oynamalı olduğu halda, süni qazonda məşq etməsinin maneçilik törədilməsi ilə bağlı olub.
Yekun yazıda “Bakı”nın çempion olması, “Qarabağ”ın ölkə kubokuna sahib çıxması, avrokuboklarda çıxış edəcək 4 komandamız (“Bakı” Çempionlar Liqasında, “Qarabağ”, “İnter” və “Simurq” Avroliqada), əy yaxşı futbolçu kimi “Bakı”nın gürcü yarımmüdafiəçisi Amiran Muciri, ən yaxşı gənc oyunçu kimi “Karvan”ın müdafiəçisi Tural Nərimanov, mövsümün sürprizi kimi “Simurq”, ən yaxşı bombardir kimi 17 qol vuran “İnter”in uruqvaylı hücumçusu Valter Quqlemon və 10 dəfə ölkə çempionu olan rekordçu Mahmud Qurbanova toxunulub.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0