Yuri Syomin rəsmən “Lokomotiv”in baş məşqçisi oldu
26.05.2009 - 16:53
Yuri Syomin rəsmən “Lokomotiv”in baş məşqçisi oldu
Yuri Syominin Moskvanın “Lokomotiv” klubunun baş məşqçi postuna qayıdışı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu gün komandanın Direktorlar Şurası təcrübəli mütəxəssisin təyinatı haqda qərar çıxarıb. Syominin təyinatı yekdillə dəstəklənib. Onunla 2011-ci il dekabrın 31-ə kimi rəsmi müqavilə imzalanıb. Anlaşma bu ilin iyunun 1-dən qüvvəyə minəcək.

“Lokomotiv”in uğurlarının böyük hissəsi Syominlə bağlıdır. Onun vaxtında komanda Rusiya çempionu olub, avrokuboklarda çıxış edib.
0