Çempionlar Liqası ilə bağlı ən maraqlı statistika
26.05.2009 - 23:09
Çempionlar Liqası ilə bağlı ən maraqlı statistika
Bu gün İtaliyanın paytaxtı Romada Çempionlar Liqasının 54-cü final matçı gerçəkləşəcək. “Mançester Yunayted” və “Barselona” arasındakı keçiriləcək möhtəşəm oyun ərəfəsində apasport.az saytı bu yarışa dair statistika hazırlayıb.

Beləliklə, Çempionlar Liqasında...


Ən böyük hesablı qələbələr:

“Liverpul” - “Beşiktaş” – 8:0
“Arsenal” - “Slaviya” – 7:0
“Yuventus” – “Olimpiakos” – 7:0

Ən çox oynayan futbolçular:
Raul Qonsales (“Real”) – 123 matç
Roberto Karlos (“Fənərbaxça”) – 120
Rayan Giqqz (“Mançester Yunayted”) – 114

Ən çox qol vuran futbolçular:
Raul Qonsales (“Real”) - 64 qol
Rud van Nistelroy (“Real”) – 56
Tyerri Anro (“Barselona”) – 50

Ən tez qol vuran futbolçu:
Hollandiyalı Roy Makay (“Bavariya”) 2006-cı il martın 7-də rekord müəyyənləşdirib. O, “Real”la oyunun 10.03-cü saniyəsində fərqlənib.

1 mövsümdə ən çox qol vuran futbolçu:
Ruud van Nistelroy (“Mançester Yunayted” komandasında) – 2002/03 mövsümündə 12 qol

1 oyunda 4 qol vuran futbolçular:
Marko van Basten
Simone İnzagi
Dado Prşo
Rud van Nistelroy
Andrey Şevçenko

Ən sürətli het-trik:
Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.

Qol vuran ən gənc futbolçu:
Peter Ofirikuaye – 17 yaş 195 günlükdə
1 oktyabr 1997-cü ildə “Rusenborq” – “Olimpiakos” oyununda fərqlənib.

3 fərqli klubda 4 kubok qazanan futbolçu:
Klarens Zeedorf
1995-ci ildə “Ayaks”da, 1998-ci ildə “Real”da, 2003-cü və 2007-ci illərdə “Milan”da

Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:
Ən gənc məşqçi - Xose Villalonqa
1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid “Real”ına kubok qazandırıb.
Ən qoca məşqçi – Raymond Qotals
1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.

Uzatma dəqiqələri oynanılan finallar:
53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub.
0